Fevralın 27-də Kreml yaxınlığında güllələnərək qətlə yetirilən Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov martın 3-də dəfn olunub.
Nemtsovla vida mərasimi Moskva vaxtı ilə saat 10:00-da başlayıb. Vida mərasimi Saxarov mərkəzində keçirilib. Mərasimdə Rusiya hökumət nümayəndələrindən baş nazirin müavini Arkadi Dvorkoviç və baş nazirin mətbuat xidmətinin rəhbəri Natalya Timakova, həmçinin prezidentin Dövlət Dumasında səlahiyyətli nümayəndəsi Qarri Minx da iştirak edib.
Nemtsov Troyekurovsk qəbiristanlığında dəfn olunub.