Maydan inqilabının il dönümü günü Moskvada anti-Maydan mitinq keçirilib. "Biz bağışlamayacağıq, biz unutmayacağıq" ,"Rusiya sizinləyik", "Donbas sizinləyik" şüarları səslənən mitinqə hakimiyyətin və 100-dən çox təşkilətın dəstək verməsinə baxmayaraq, cəmi bir neçə min adam dəstək verib. Maydan əleyhdarı aktivistlər hədəflərinin Ukrayna və digər keçmiş Sovet ölkələrində yaşanan rəngli inqilabların Rusiyada yaşanmasını əngəlləmək olduğunu bildiriblər.
azadliq.info