Fransanın Avropa işləri naziri Harlem Desir, Ukraynadakı separatçılara və onları dəstəkləyən Rusiyaya qarşı maksimum sərtliyə ehtiyac olduğunu bildirib. AB xarici işlər nazirlərinin fövqəladə toplantısından əvvə açıqlama verən Harlem Desir, tərəflərin müzakirə masasına gətirilməsi üçün sanksiyaların sərtləşməsinin şərt olduğunu vurğulayıb. İngiltərənin Avropa naziri David Lidington da Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən başqa daha təsirli seçim olmadığını bildirib. Yunanıstan xarici işlər naziri Nikos Kotzias isə AB ilə Rusiya mövzusunda suallara cavab verməkdən imtina edib və bu mövzuları toplantıda müzakirə edəcəklərini bildirməklə kifayətlənib.
azadliq.info