Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov, Rusiyanın qərbsayağı demokratiyaya çatması üçün onlarla ilə ehtiyacı olduğunu bildirib. “Qərbdə mövcud olan demokratik inkişaf səviyyəsinə yüksəlmək üçün ciddi şəkildə onlarla il çalışmalıyıq. Rusiydakı mövvcud siyasi sistemin inkişafının bu qədər vaxta ehtiyacı var”, deyə Şuvalov bildirib. Baş nazirin müavini, inkişaf etmiş demokratiya üçün zamanla bərabər, Rusiyanın iqtisadi inkişafa nail olmasının da əsas amil olduğunu vurğulayıb. Şuvalov, Ukrayna böhranı və sanksiyalar olmasaydı belə, neft qiymətlərinin 47 dollara düşməsi Rusiya iqtisadiyyatının ciddi problemlərlə qarşılaşacağını bildirib: “Burada Rusiya iqtisadiyyatının struktur problemlərini unutmayaq. Ukrayna böhranı və ya sanksiyalar olmadan neftin qiyməti 47 dollara enmiş olsaydı belə, yenə də böhran olacaqdı”. Nazir müavini ölkəsinə tətbiq edilən sanksiyalrın Rusiya dövlət başçısı Vladimir Putinə yox, Rusiyaya istiqamətlənmiş hücum olaraq qəbul etdiklərini ifadə edib: “Rusiya vətəndaşları sanksiyaların Putinə qarşı deyil, ölkəyə zərər vurmaq məqsədilə tətbiq olunduğunu düşünür”. Şuvalov, neft qiymətlərinin 40 dollara düşməsinin Rusiya üçün ikiqat çətinlik yaradacağını da dilə gətirib: “Birlik nümayiş etdirməsək, daxildən və xaricdən qoyulan çətin şərtlər, islahat üçün fürsət yaratmır”.Nazir müavini hazırkı vəziyyəti 2008-ci il böhranı ilə müqayisə edənlərin yanıldığını da bildirib. “Bəzi insanlar bu gün 2008-ci il dünya iqtisadi böhranı ilə müqayisədə vəziyyətin daha yaxşı olduğunu düşünür. Bu, doğru deyil. Mən daha da pis ola biləcəyini düşünürəm”, deyə Şuvalov bildirib.
azadliq.info