Ölkələrin sosial və iqtisadi inkişafına internetin təsirini ölçən Dünya İnternet İndeksi 2014 hesabatında Türkiyənin bir il öncəyə nisbətən daha yaxşı durumda olduğu qeyd olundu.
Ümumi indeks sıralamasında Türkiyə 100 ballıq şkala üzrə 53.3 ball alaraq 86 ölkə içində 38-ci olub.
“Azadlıq və şəffaflıq” dəyərləndirməsi üzrə Türkiyə 52-ci yeri tutub. “World Wide Web” təşkilatının hazırladığı illik hesabatda Türkiyə keçən il bu sahədə 58-ci yerdə idi.
Türkiyənin internet azadlığı üzrə irəliləməsinə səbəb kimi qadınların internetdən istifadə imkanlarının artması göstərilir.
Hesabatda tənqidi məqam kimi təhlükəsizlik qüvvələrinin provayderlərdən istifadəçi məlumatlarını istəməsi göstərilir. Qeyd olunur ki, belə hallara Türkiyədən başqa da bir sıra ölkələrdə rast gəlinir.
Hesabata görə, sosial media üzərindən təşkil olunan etiraz aksiyalarının təsirliliyi baxımından Türkiyə və onunla yanaşı Çili, Meksika və ABŞ getdikcə daha güclü mövqeyə yiyələnir.
Aydın Taş, Ankara