Britaniyanın baş naziri Devid Kameron bəyan edib ki, Rusiya “G-20”nin Brisben sammitində Ukraynanın daxili işlərinə qarışmaqdan əl çəkməli olduğu, əks halda yeni sanksiyalara məruz qalacağı haqda aydın siqnal aldı.
“Məncə, bu sammitin müsbət nəticəsi o oldu ki, Avropa Birliyi və ABŞ bu problemə (Ukraynada vəziyyətin gərginləşdirilməsinə – red.) necə reaksiya verəcəyimiz haqda Rusiyanı aydın şəkildə başa saldı. Bu yanaşma bir ay sonra da, bir il sonra da dəyişməz olaraq qalacaq”, – deyə Kameron sammitin keçirildiyi Avstraliyanı tərk edərkən bildirib.
azadliq.info