Keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə ABŞ-ın növbəti prezidenti olacaq. Bunu amerikalı investor Uorren Baffet bildirib: “Hillari qalib gələcək. Mən mərc gəlib pul da qoyuram. Mən sözümü elə-belə demirəm”.
Baffet hesab edir ki, Klinton prezidentliyə iddialı olduğunu bir qədər gec açıqlayacaq. Klintonun bu yarışda rəqibinin kim olacağına gəldikdə, Baffet bu haqda açıqlama verməyib.
Baffet ABŞ-ın ən varlı adamlarından biri sayılır. Onun varidatının miqdarı 67 milyard dollara çatır.