ABŞ prezidentinin keçmiş müşaviri Zbiqnev Bzejinski Ukraynaya silah verməyə çağırır. Bu barədə Deutsche Welle yazır.
«Biz Ukraynaya silah verməliyik. Bu Rusiyaya hücum etmək üçün yox, özünü qoruması üçün lazımdır», – deyə o bildirib.
Bzejinskinin sözlərinə görə, əgər Ukrayna effektiv müdafiə olunsa, Rusiyanın ora hərbi müdaxiləsinin xərci də artacaq. Politoloq əmindir ki, bu zaman Rusiya prezidenti Putin strateiyasını dəyişməli olacaq.
Bzejinski Rusiya prezidentinin mövqeyini köhnəlmi hesab edir: «Onda heç nə alınmadı. Ancaq əgər gələcəkdə güclə yeni SSRİ yaratmağa cəhd etsə, bu Avropada narahatçılıq yaradacaq».
azadlıq.info