İraqda 20 min nəfər əhalisi olan Türkmən qəsəbəsi Amerli İŞİD-in mühasirəsindən çıxarılıb. İŞİD qəsəbəni 80 gün idi mühasirədə saxlamışdı. Qəsəbə ilə quru əlaqsəi kəsilmişdi. Əhaliyə Bağdaddan qalxan vertopyotlarla humanitar yardım çatdırılırdı.
Vəziyyətin pisləşməyə doğru getdiyi bir vaxtda, ötən gecə İraq ordusu buradakı İŞİD dəstələri üzərinə həlledici hücuma keçib və qəsəbəyə nəzarəti ələ keçirib.
İŞİD-ə qarşı Amerli əməliyyatında kürd özünümüdafiə dəstələri (peşmərgə) və şiə milislərlə yanaşı ABŞ qırıcıları da havadan dəstək verməklə iştirak ediblər. Əvvəlcə Amerliyə bitişik Həbəş, Lokum, Hafriyə və Yengicə kəndləri tutulub, sonra da qəsəbənin azad olunmasına başlanıb. Məlumatlara görə, İŞİD qüvvələri xeyli sayda itki verərək, bölgədən çıxmaq məcburiyyətində qalıb.
azadliq.info