Təyyarənin “qara qutusu” oxundu: Raketlə vurulub
Britaniyadan olan hüquqşünaslar Ukrayna səmasında Malaziyaya məxsus təyyarənin vurulması ilə bağlı Rusiya prezidenti Vladimr Putinə qarşı milyonlarla məhkəmə iddiası hazırlayırlar. Bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “McCue & Partners” hüquq firmasının nümayəndələri artıq Kiyevdə olublar və dəlillər toplusu barədə müzakirə aparıblar. Həmçinin təyyarə qəzasında ölənlərin yaxınların da məhkəmə iddialarına qoşulmaları təklif olunur.
Məlumatı qəzetə verən məbə deyib ki, mülki işlərdə dəlillərin az olması da məqbuldur. Buna görə də rəsmi istintaq cavab verməsə belə, məhkəmə qərarının çıxarılması mümkündür.
Xatırladaq ki, vurulan Malaziya təyyarəsinin qara qutusu da oxunmaq üçün Britaniyaya aparılıb.
Bu arada ABŞ-ın “CBS News” telekanalı xəbər verib ki, təyyarənin “qara qtusu” oxunub. Telekanal bildirib ki, “qara qutu”nun dərc olunmamış məlumatında təyyarənin raketlə vurulduğu təsdiqini tapır. “Qara qutu” qeydə alıb ki, təyyarə partlayan raketin qəlpələrindən deşik-deşik olub.
“Raket hansı məqsədlə hazırlanmışdısa, onu da edib – təyyarəni vurub”, – deyə telekanal uçuşlarda təhlükəsizlik üzrə avropalı məmurlardan birindən sitat verib. Adı açıqlanmayan təhlükəsizlik məmuru deyib ki, “qara qutu”nun qeydləri təyyarənin güclü partlayış nəticəsində yerə düşdüyünü təsdiqləyir.
azadliq.info