Təyyarənin Rusiya tərəfdən atılan raketlə vurulduğu deyilir
Qəzada 300 nəfər həlak olub, onlardan 23-ü ABŞ vətəndaşıdır
“Interfaks” aviasiya mənbəsinə istinadla yazır ki, Malayziya Hava Yollarına məxsus təyyarəni Ukrayna üzərində, 10 min metr hündürlükdə vurublar. Bu barədə əlavə heç nə deyilmir.
Ukraynanın Daxili Işlər Nazirliyinin rəsmisi Anton Geraşenko isə deyib ki,ÿtəyyarəni Buk təyyarə əleyhinə sistemlə vurublar.
Başqa məlumata görə, ekspertlərin fikrincə, əgər təyyarə vurulubsa, onu 10 km hündürlükdə yalnız Buk sistemi və ya C-300 raketi ilə vurmaq olardı.
Donetskdə separtaçı regionun baş nazirinin müavini olan Purgin deyib ki, hazırda Buk hava hücumundan müdafiə sistemindən danışırlar, ancaq yaraqlılarda bu sistem, ümumiyyətlə, yoxdur.
“Rusiya Federasiyasının hava ərazisinə daxil olmağa 50 kilometr qalmış təyyarədə problemlər yaranıb və o, enməyə başlayıb. Nəticədə onu Ukrayna ərazisində yanan halda aşkar ediblər”, – aviasiya dairələrindən mənbə bildirib.
Məlumata görə, təyyarənin içində 280 sərnişin və 15 ekipaj üzvü olub.
Rusiya sərhədini layner yerli vaxtla təxminən 17:25-də keçməli idi. Mənbə əlavə edib ki, təyyarə Donetskdən 80 kilometr aralı Snejniy yaşayış massivinə düşüb. Təyyarənin düşdüyü əraziyə hazırda “Donetsk Xalq Respublikası” nəzarət edir.
“Euronews”un məluamatlara görə, təyyarə Rusiya tərəfdən atılmış zenit-raket kompleksindən atılan raketlə vurulub.
Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak Donetsk ərazisində vurulan Boinq-777 sərnişin təyyarəsinin partlaması nəticəsində 300-dən çox insanın həlak olduğunu bildirib. Onlardan 23-nün ABŞ vətəndaşı olduğu deyilir.ÿŞkiryak bu barədə “Facebook” səhifəsində yazıb.
“300-dən çox günahsız insan həlak oldu. ABŞ-ın 23 həlak olmuş vətəndaşı haqqında məlumatlar var”, – deyə o qeyd edib.
Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malayziya hava yolları” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində 285 sərnişin və 15 ekipaj üzvü olub.
Qeyd edək ki, təyyarə Amsterdam-Kuala-Lumpur reysini yerinə yetirirmiş.
ABŞ prezidenti Barak Obama təyyarə qəzası ilə bağlı Putinlə telefonla müzakirə aparıb. Rusiya mətbuatı xəbər verir ki, Putin aviadispetçer xidmətlərinin məlumatlarını Obamaya çatdırıb.
Bu arada “Lufthansa”, “Air France”, “Aeroflot”, “Transaero” və “Turkish Airlines” aviaşirkətləri Ukrayna ərazisindən uçuşlarıı dayandırıb. Aviaşirkətlərin yaydığı məlumata görə, planlaşdırılmış reyslərin marşrutları dəyişdiriləcək.