Rusiya ordu birləşmələrini Ukrayna ilə sərhədə hələ də saxlamaqla həm bu ölkədə, həm də Avropada situasiyanın stabilləşməsinin qarşısını alır. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirb açıqlama verib. «Biz Ukraynada gərginliyin aşağı salınması üçün Moskva tərəfindən hər hansı bir addımın atılmasının şahidi olmamışıq. Rusiyanın Ukrayna ilə sərhəddən ordularını çəkməsi bu istiqamətdə böyük yardım olardı. Bu Ukraynanın suverenliyinə də hörmətin nümayişi kimi qiymətləndirilə bilərdi». Həmçinin bəyan olunub ki, Rusiyanın Ukraynadakı addımları ABŞ-ı Mərkəzi və Şərqi Avropada yerləşən NATO hərbibirləşmələrinin sayını artırmağa vadar edib.
azadliq.info