Avropa Parlamentinin «Rusiyanın «Şərq tərəfdaşlığı» ölkələrinə təzyiqi və Ukraynanın şərqində stabilliyin pozulması» qətnaməsində qeyd olunur ki, Ukrayna və «Şərq tərəfdaşlığı»nın digər ölkələri demokratiya prinsiplərinə riayət edəcəkləri təqdirdə Avropa Birliyinə üzvlükdə bağlı müraciət edə bilərlər.
Avropa Parlamenti qeyd edir ki, Ukrayna və «Şərq tərəfdaşlığı»nın digər ölkələri ilə razılaşma AB ilə münasibətlərdə yekun bənd deyil. Gürcüstan, Moldova və Ukrayna digər Avropa ölkələri kimi AB-ə üzvlüklə bağlı müraciət edə bilərlər. bunun üçün demokratiya, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə riayət edilməlidir.
Avropalı deputattla həmçinin Rusiyanı Ukraynada genişmiqyaslı hərbi əməliyyatdan çəkinməyə çağırıb.
azadlıq.info