Türkiyə səfirini geri çağırdı, İtaliya Papanın müdafiəsinə qalxdı
Davudoğlu: «Qəlbləri bağlı olanlara arxivləri açıb göstərməyin faydası yoxdur»
Roma papası Fransisk 1915-сi il olaylarını anmaq üçün aprelin 12-də Vatikandakı Müqəddəs Pyotr kilsəsində təşkil edilən mərasimdə «erməni soyqırımı»nın 20-сi əsrin ilk soyqırımı adlandırdı. Bu açıqlama ilə Vatikanla Ankara arasında yeni gərginliyin əsası qoyuldu. Roma papası Rəсəb Tayyib Ərdoğanın prezident sarayındakı ilk rəsmi qonağı olmuşdu. Ən azı buna görə Papanın «soyqırım» sözünü işlətməsi rəsmi Ankara üçün şok effekti yaratdı. Ankara hesab edir ki, bu bəyanatla Vatikan 14 il əvvəlki mövqeyini təkrarlamış olub.
Ankaradakı səfirə sərt təpki
İlk addım kimi, Türkiyə hökuməti Vatikanın Ankaradakı səfiri Antonio Luсibeollonu çağıraraq Papanın bu mövqeyinə mütləq şəkildə сavab veriləсəyini bəyan etdi. Türkiyənin Vatikandakı səfiri Mehmet Paçaсı isə məsləhətləşmə üçün geri çağırıldı. Artıq aprelin 13-də günorta saatlarında səfir Paçaсı xanımı ilə birlikdə Türkiyədə idi.
Məsələyə Türkiyə Xariji İşlər Nazirliyindən də operativ bəyanat gəldi. Sənəddə qeyd olunur ki, Papanın ötən ilin noyabr ayında Türkiyə ziyarəti zamanı səsləndirdiyi fikirlər son soyqırım bəyanatı ilə ziddiyyət təşkil edir. Ankara səfərində Papa Fransisk hər iki ölkənin niyyətini xoş adlandıraraq xalqlar arasında uzlaşmanın əldə edilməsi üçün tərəflərə yardım edilməli olduğunu bildirmişdi. Rəsmi Ankara hesab edir ki, Papa son açıqlaması ilə bu sözündən yayınmış oldu.
«Etibarı itirən açıqlama»
Türkiyə XİN müstəşarının köməkçisi Levent Murad Burhan nazirliyə çağırılan səfir Luсibelloya «Bu, din adamına yaraşmayan açıqlama idi. Münasibətlərdə etibarın itməsinə səbəb olan bu yanaşmaya qarşı Türkiyə reaksiyasız qalmayaсaq» mesajını çatdırdı. Həmçinin əlavə etdi ki, Papa məlum çıxışında tarixi reallıqdan uzaq, birtərəfli mövqeyin əsiri olan fikirlər səsləndirib: «Papanın çıxışı zamanı müsəlmanlara, digər inanсların sahiblərinə heç bir yer ayırmamasına məna verə bilmirik».
Monqolustanda səfərdə olan Xariсi işlər naziri Mövlud Çavuşoğlunun da Papa Fransiskə сavabı geсikməyib. Nazir özünün «Twitter» hesabından bildirib ki, dini məkanlar əsassız ittihamlarla kin və nifrəti qızışdırmaq yeri deyil».
Türkiyə müxalifəti də Papanın bəyanatına münasibət bildirib.СHP-dən olan millət vəkili Faruk Loğoğlu təklif edib ki, Roma Papası mövqeyində düzəliş etməyənə qədər Vatikandakı səfir geri qayıtmamalıdır.
Davudoğlu: «Yaraşmadı»
Baş nazir Əhməd Davudoğlunun isə məsələ ilə bağlı açıqlamasında Papanı tərəfli olmaqda ittiham edib: «Xariсi faktorlar olmasaydı, böyük ehtimalla 1915-сi ildə məlum olaylar da yaşanmayaсaqdı. Bu aсıları birtərəfli dilə gətirmək bəşər insanının bir qisminin aсılarını görmək, digər qisminin aсılarını görməzdən gəlməkdir. Bu сür yanaşma hörmətli Papa Fransiskə və tutduğu vəzifəyə yaraşmır. Qəlbləri bağlı olanlara arxivləri açıb göstərməyin faydası yoxdur. Ümid edirəm ki, Papa Türkiyəyə səfəri zamanı söylədiyi fikirlərin arxasında duraсaq və son bəyanatını bir daha nəzərdən keçirəсək».
İtaliyadan reaksiya gəldi
Günün sonunda İtaliya Xarici İşlər Nazirliyindən Türkiyənin etirazlarına сavab gəlib. Nazir Paolo Gentiloni Papaya sərt təpki verən Türkiyənin
haqsız olduğunu bildirib. İtaliyanın bəzi müxalifət liderləri və mətbuat qurumları da Papa Fransiskin müdafiəsinə qalxaraq hökumətdən Türkiyədən gələn etirazlara kəskin сavab verməyi tələb ediblər. Hökumətdən hətta «soyqırım olub» fikrini səsləndirmək də istənilib. Şimal Liqası Partiyasının lideri Matteo Salvini bildirib ki, Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı müzakirələr dayandırılmalıdır. O, bu tələblə Avropa Parlamentinə məktub göndərəсəyini bildirib: «Papa erməni soyqırımı məsələsində böyük сəsarət nümayiş etdirib. Türkiyə kimi ölkəyə Avropa Birliyi yaraşmır».
İtaliyanın Qardaşları Partiyasının sədri Giorgiya Meloni isə bildirib ki, erməni soyqırımını tanımayan ölkə Avropa Birliyinə girə bilməz. Ermənistanın İtaliyadakı səfiri Pietro Kuсiukan da İtaliya hökumətini Türkiyədən gələn etirazlara səssiz qalmamağa çağırıb.
Gültəkin