Rusiyanın Leninqrad vilayətindən Ukrayna sərhəddinə tankların göndərildiyinə dair xəbərlər yayılıb. Bu məlumatın yayılması RF prezidenti Vladimir Putinin Sankt-Peterburqa səfəri ilə eyni vaxta təsadüf edir.
Rostova göndərilən tanklar region əhalisini də narahat edib. Yerli portallardan birinin yazdığına görə, bazar ertəsi gün ərzində dəmir yolu platformasında tanklar və artileriya qurğuları yüklənib. Prosesə hərbçilər nəzarət edib.
Rusiya mənbələri isə tankların Böyük Vətən Müharibəsi dövrünə aid olduğunu və mayın 9-da keçiriləcək parada hazırlandığını deyir.
azadlıq.info