Hadisə nəticəsində polis əməkdaşlarından biri qolundan xəsarət alıb
Türkiyənin Diyarbəkir vilayətində naməlum şəxslər polis idarəsinə hücum ediblər.
ANS PRESS-in məlumatına görə, naməlum şəxslər yerli vaxtla saat 01.40-da (Bakı vaxtıyla 03.40) Sur rasyonunun polis idarəsinə partlayıcı qurğu atıblar.
Hadisə nəticəsində polis əməkdaşlarından biri qolundan xəsarət alıb.
Xəsarət alan polis “Diclə” universiteti xəstəxanasına çatdırılıb.
Hücumu törədən şəxslərin axtarışı və ələ keçirilməsi üçün bölqədə əməliyyat başlayıb.