NATO-nun baş katibi Yens Stontenberq Gürcüstanla bağlı iddialı bəyanatla çıxış edib. Stontenberq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra bəyan edib ki, bu ölkə mütləq NATO-nun üzvü olacaq.
“Son illərdə Gürcüstan NATO-ya xeyli yaxınlaşıb. Bu ölkə bütün meyarlara cavab verəndən sonra Alyansın üzvü olacaq. Biz bu prosesdə Gürcüstana hər cür dəstəyimizi bundan sonra da davam etdirəcəyik. Son illər ərzində çox ciddi uğurlara nail olub. Biz bundan sonra da Gürcüstanı demokratik islahatlar prosesində dəstəkləməkdə davam edəcəyik”, – deyə NATO-nun baş katibi bildirib.