Moskvanın Suvorov meydanında ukraynalı separatçılara dəstək məqsədiylə keçirilən “Donbas uğrunda savaş” adlı mitinq fiaskoya uğrayıb. Rus və rusiyameylli ukraynalıların qatıldığı aksiyada 200 nəfərə yaxın adam iştirak edib. Aksiya iştirakçılarından bəziləri separatçı “Donetsk Xalq Respublikası”nın və “Avrasiya Birliyi Gəncləri”nin bayraqlarını qaldırıblar. Mitinq təşkilatçıları şəhər meriyasına aksiya üçün müraciət edərkən 5 min insanın qatılacağını bildirsə də, gözləntilə əksinə olub.