Rusiya müxalifət liderlərindən olan Boris Nemtsov Facebbok səhifəsində Rusiyaya qarşı Qərbin yeni sanksiyalarından yazıb:
«Ukraynanın şərqində müharibə başlayandan bəri ilk dəfə olaraq Putinə yaxın şirkətlərə – Rosneft (Seçin), Qazprom (Kovalçuk, Miller), VEB (Dmitriyev), Novatek-ə (Timçenko) qarşı sanksiyalar tətbiq edildi. Bu sizin üçün Rusiya bankı deyil. Bu ciddi məsələdir.
Qazprombank vasitəsilə hesab həyata keçiriən Qazproma və ölkənin nəhəng neft şirkəti olan Rosneftə zərbə vurulub. VEB – Kremlin Olimpiadadan tutmuş DÇ-2018-ə qədər, Moskva-Kazan və Moskva-Peterburq sürət maqistrallarına qədər bütün infrastruktur layihələri deməkdir.
Tətbiq edilən sanksiyalar ölkənin bank sisteminin destabilizasiyasına, qızıl-valyuta ehtiyatlarının azalmasına və rublun devalvasiyasına gətirib çıxaracaq.
Bu bizə lazımdır? Putin Luqansk və Donetski alamayacaq, Ukrayna öz Avropa seçimini edib və bu yoldan dönməyəcək. İnsanlar ölməkdə davam edir…
Putinə Maydan və Avropa seçiminə görə qisas almaq üçün qonşu Ukraynada xaos lazımdır. Əvəzində Rusiyada böhran və xaos görəcək».
azadlıq.info