ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini, İranla gizli danışıqlara rəhbərlik edən Uilyam Börns istefa ərizəsi yazıb. O, cari ilin oktyabrında tutduğu vəzifəni tərk edəcək.
Dövlət katibi Con Kerri onun işlərini yüksək dəyərləndirərək deyib ki, o nəinki Dövlət Departamentində, eyni zamanda, ABŞ-ın xarici siyasətində müstəsna rola malik bir şəxs idi.
ABŞ prezidenti Barak Obama da onun fəaliyyətini müsbət dəyərləndirib (avropa.info).