Mirvari Qəhrəmanlı: «Həyəcan Şəbəkəsi»nin müraciətinə hələlik cavab verilməyib, gələcək addımları müzakirə edəcəyik»
Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən müstəqil QHT-in fəaliyyətini məhdudlaşdırması vətəndaş cəmiyyətini çıxılmaz duruma salıb. Artıq bu kampaniyanın tərkib hissəsi kimi bir sıra qeyri-hökumət təşkilatların bank hesabalıran həbs qoyulub. Hesabına həbs qoyulan təşkilatlar birgə koalisiyada birləşərək bir müddət əvvəl dövlət başçısına müraciət də ünvanlamışdı. Müraciətdən uzun müddət keçməsinə baxmayaraq bu istiqamətdə hələlik bir məlumat yoxdur.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı QHT-lərdən ibarət “Həyəcan Şəbəkəsi”nin müraciətinə hələlik cavab verilmədiyini söylədi. Onun sözlərinə görə, növbəti addımlar barəsində hələlik müzakirə aparılıb, qərar qəbul edilmədiyindən konkret hansı istiqamətdə hərəkət ediləcəyi bilinmir. Hazırda müstəqil QHT-lərin rəhbərlərinin bir çoxunun təşkilatlarında aparılan vergi yoxlamaları ilə məşğul olduğunu deyən M.Qəhrəmanlı bildirdi ki, bu prosesin özü də böyük enerji sərfidir. Onu da qeyd edək ki, dövlət başçısına hələ müraciət qəbul olunan zaman bu addımın bir prosedur qaydası olduğu vurğulanmışdı.
«Həyəcan Şəbəkəsi»nin koordinatoru,”Demokratik Təsisatlar və İnsan Hüquqları” İctimai Birliyinin rəhbəri Elçin Abdullayev da bildirdi ki, müraciət etdikləri instansiyalardan hələ cavab gəlməyib. Amma müstəqil QHT-lərə qarşı atılan addımlarla bağlı vətəndaş cəmiyyətinin də biganə mövqedən çıxış etdiyini deyən E.Abdullayev bildirdi ki, siyasi partiyalar, müstəqil mətbuat sıradan çıxarıldıqdan sonra növbə QHT-lərə çatıb.
Xəyal