Gənc müğənni Sura dünyasını dəyişib. Sura əməkdar artist Tünzalə Ağayeva ilə “Qovuş ona” klipi ilə tanınıb.
Onun ölüm xəbərini də elə Tünzalə Ağayeva Facebook səhifəsində yayıb: “Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın getdin, Sura… Nakam yaşda getdin, balam…. Səninlə hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq… Ya Rəbbim! Suramın qəbrini nurla doldur , rəhmət elə Ya Rəbb, saf, məsum balamızın axirətini gözəl elə, məkanını cənnət elə! Faciəvi şəkildə dünyasını dəyişən Suranın ailəsinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın! Amin”.
ANS PRESS-in məlumatına görə, Sura özünü asaraq intihar edib. Yaxınları onun niyə intihar etdiyini bilmədiklərini deyiblər.
23 yaşlı Sura bu gün Bakıxanov qəbiristanllığında torpağa tapşırılıb.