Bu gün Şəki inzibati iqtisad məhkəməsində AXCP-nin yerli şöbəsinin İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia ərizəsi əsasında məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Xatırladaq ki, Şəki şəhər İcra Hakimiyyəti AXCP Şəki şöbəsinin 2013-cü ilin dekabr ayında mitinq keçirmək barədə müraciətini təmin etməmiş və mitinq üçün müvafiq yer ayırmaqdan imtina etmişdi. AXCP Şəki şöbəsi isə “Şəki şəhər icra hakimiyyətinin mitinqə yer verilməməsinə dair 10 dekabr 2013-cü il tarixli aktının ləğv olunması və onların üzərinə sərbəst toplaşmaq hüququnun təmin olunması ilə bağlı öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə Şəki inzibati iqtisad məhkəməsinə müraciət etmişdi.
Bu gün keçirilən hazırlıq iclasında İra Hkimiyyətindən heç kim iştirak etməyib. Növbəti məhkəmə prosesinin 14 may 2014-cü il tarixdə keçirilməsi qərara alınıb.
Məlumatı AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev verib.