Bu gün AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu dəfəki məhkəmə prosesinə də zərərçəkmiş Tofiq Səlimov gəlmədiyi üçün məhkəmə təxirə salınıb.
“Azadlıq”a açıqlamasında Dəyanət Babayev bildirdi ki, artıq 10-cu məhkəmə prosesidir, zərərçəkmiş Tofiq Səlimov məhkəməyə gəlmir. “Tofiq Səlimovun məhkəməyə gəlməsi barədə vəsatətim təmin olunub, amma cinayət işimə xitam verilməyib. Hesab edirəm ki, mənimlə bağlı olan məhkəmə prosesi çoxdan bitməli idi. Məhkəmə bu prosesi qəsdən uzadır. Bu süründürməçi məhkəmə prosesləri mənim fəaliyyətimə maneə yaradır. İndi də xəbər daxil olub ki, Tofiq Səlimov ölkə xaricindədir. Onun ölkəyə qayıtması üçün sorğu göndəriləcək”
Dəyanət Babayevin növbəti məkəmə prosesi iyulun 25 saat 12:20 – da keçirliəcək.
Xatırladaq ki, Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə ittiham edilir.