Almaniya hökuməti bundan sonra da 1915-191-cı illərdə Osmanlı imperiyasında ermənilərin kütləvi qətlini qiymətləndirəndə «soyqırım» sözündən istifadə etməyəcək. Bu barədə yanvarın 24-də Der Tagesspiegel nəşri Almaniya hökumətinin Solçu partiyasının sorğusuna verdiyi cavaba istinadən məlumat yayıb. Sənəddə qeyd olunur ki, tarixi hadisələrin qiymətləndirilməsi alimlərin işidir. 1915-1916-cı illərdə baş verən hadisələrin təhlili ilə Türkiyə və Ermənistan məşğul olmalıdır.
Sorğuda həmçinin qeyd olunur ki, federal hökumətin 2015-ci ilin aprelin 24-də xatirə mərasimləri keçirməklə bağlı planları yoxdur.
azadlıq.info