Ukraynanın Mariupol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində 20 nəfər həlak olub. Bu barədə operativ qərərgahın iclasında DİN idarə rəisi Vyaçeslav Abroskin məlumat verib.
«Meyitxanaya 20 ölü gətirilib, ölənlərin sayı durmadan artır», – deyə o bildirib.
Mariupol meri Yuri Xotlubey isə bildirib ki, ölənlər arasında 1, 87 yaralı arasında isə 5 uşaq var. Mariupolun atəşə tutlması prokurorluq tərəfindən terror kimi qiymətləndirilib və artıq faktla bağlı cinayət işi açılıb.
azadlıq.info