Keçmiş vicdan məhbusu İlham Əmiraslanov iyulun 27-də AXCP-yə üzv olub. Əmiraslanov siyasi fəaliyyətini AXCP-də davam etdirmək istədiyi barədə partiyanın Sabirabad şöbəsinə müraciət edib. Onun müraciəti şöbənin ümumi yığıncağında müzakirə olunub və müsbət cavablandırıb. İlham Əmiraslanov səsvermə ilə AXCP Sabirabad şöbəsinin üzvlüyünə qəbul edilib.