Almaniya bu ölkədə baş verənləri Aralıq dənizindən, İngiltərə isə Kipr adasından izləyir
Almaniya və İngiltərənin kəşfiyyat xidmətlərinin Suriyadakı üsyançılara köməkçi olmaq məqsədiylə Aralıq dənizində qərargah qurduğuna dair məlumat yayılıb. Almaniyada yayımlanan həftəlik “Bild am Sonntag” qəzetinin yazdığına görə, alman xarici kəşfiyyat xidməti “BND”-nin əməkdaşları Suriya sahillərində lövbər salmış gəmilərdən bu ölkədə baş verənləri izləyir. Qəzet xəfiyyələrin sahildən 600 kilometr Suriya ərazisinə doğru olan məsafədən orada baş verənləri izləmək imkanında olduqlarını bildirib. Xəbərdə deyilir ki, almaniyalı xəfiyyələr əldə etdikləri kəşfiyyat məlumatlarını ABŞ və İngiltərənin xüsusi xidmət rəsmilərinə ötürür.
Qəzetə danışan amerikalı rəsmi Suriyada kəşfiyyat fəaliyyəti aparan Qərb ölkələri arasında ən yaxşı Almaniyanın “BND” təşkilatının çalışdığını deyib. Almanların həmçinin Türkiyənin Adana şəhərində olan NATO bazası üzərindən əsası də Suriyadakı qarşıdurmalara müdaxilə etdiyi bildirilib. Bir “BND” rəsmisi qəzetə açıqlamasında “Əsəd rejiminin devrilməsi üçün apardığımız işlərdən qürur duya bilərik” deyib.
İngililtərənin “Sunday Times” qəzeti isə Suriya müxalifətinin nümayəndəsinə sitinadən İngiltərə kəşfiyyat qurumlarının Bəşər Əsədin əmrindəki ordunun hərəkət istiqaməti və hərbi gücü barədə məlumat topladığını yazıb. Qəzet əlavə edib ki, ingilis kəşfiyyatının topladığı məlumatların müxaliflərə ötürülməsi sayəsində üsyançılar Əsədin əsgərlərinə qarşı uğurlu əməliyyatlar keçirib. “Sunday Times”ın xəbərinə görə, ingilis kəşfiyyat qurumları Kipr adasında olan hərbi bazalardan toplanan və Türkiyə üzərindən “Azad Suriya Ordusuna” ötürülən məlumatlar 100 faiz doğrudur.
Britaniyalı rəsmi qəzetə bildirib ki, ingilis kəşfiyyatı Suriyada baş verənləri Kiprdən izləyir. İngilislər topladığı məlumatları Türkiyə və ABŞ kəşfiyyatı ilə bölüşür. Xəbərə görə, Qərb kəşfiyyatı Bəşər Əsədin ordunu Hələbə göndərməsi barədə məlumatı dərhal üsyançılara ötürüb. Rəsmi “İngilislər hökumət ordusunun danışıqlarını izləyir. Əsgərlərin Hələb yolu üzərində olduğuna dair məlumat aldıq. Bununla üsyançıların İdlib və Sarakibdə hökumət ordularına ağır zərbə vurulmalarına nail olduq. Əsgərlər və 40 tankdan ibarət hərbi konvoy Sarakib şəhəri yaxınlığında tələyə salınaraq zərəsizləşdirildi.
Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşlarının Türkiyənin cənubunda qərargah quraraq Suriyadakı hadisələri yaxından izlədiyini yazmışdı.