“Wikileaks”in yaradıcısı Culian Assanc Ekvadorun Londondakı səfirliyinin eyvanından avqustun 19-da tərəfdarlarına müraciət edib. Siyasi qaçqın statusu aldıqdan sonra ilk çıxışını edən Assanc ABŞ prezidenti Barak Obamaya müraciət edərək «Wikileaks»in bütün əməkdaşları ilə bağlı araşdırmanı dayandırmağa çağırıb. Assancın fikrincə, ən başlıcası həbsdən ABŞ ordusunun keçmiş hərbiçisi Bredli Menninq buraxılmalıdır. Qeyd edək ki, «Wikileaks»in əksər hərbi sirrlərini sayta məhz bu şəxs ötürüb. Bütün çətinliklərə baxmayaraq, «Wikileaks»in dünyada azad söz uğrunda mübarizəni davam etdirdiyini deyən Assanc bu istiqamətdə əsas rəqibi kimi məhz ABŞ hökumətini görür. Assanc çıxışı zamanı eyni zamanda bu günlərdə həbs cəzası alan Rusiyanın məhşur «Pussy Riot» qrupunu dəstəklədiyini vurğulayıb.
İnformasiya şöbəsi