Ukrayna prezidenti Pyot Poroşenko Maydan fəallarına qarşı cinayətlərlə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.
Bu barədə Ukrayna Baş Prokurorluğu Xüsusi Araşdırmalar Departamentinin rəhbəri Sergey Qorbatyuk bildirib.
“Prezident noyabrın 29-na çağırılıb. Onun ifadə verməsinə dair prinsipial razılıq var, lakin dindirilmə iki dəfə təxirə salınıb. Bu üçüncü dəfədir”, – deyə Qorbatyuk bildirib.
(apa)