23 illik danışıqlar prosesi düşmənin maraqlarına xidmət edib
Aprel döyüşləri hamımızın yadındadır. Həmin vaxt ölkədə böyük həmrəylik yarandı, cəmiyyət mübarizə əzmi nümayiş etdirdi, ordu geriyə çəkilmədi və 23 illik məğlubiyyət atəşkəsinin buzunun sınıdırlmasına əlverişli şərait yarandı. Hətta ordumuz müəyyən bir ərazini dfüşməndən azad etməyə də müvəffəq oldu. Amma zəfər yoluyla irəliləyən bir ordu qəfildən dayandırıldı və tarixi fürsətin üstündən xətt çəkildi. Bəli, yüzlərlə hərbçinin şəhido lmasına, dinc sakinlərin həlak olmasına, yüzlərlə evin dağılmasına baxmayaraq, hökumət “ağ bayraq” qaldırdı. Düşmənin ağ bayraq qaldırmasına az qalmış hökumət geriyə addım atdı. Amma hökumət bununla da kifayətlənmədi. Orduya dəstək olanları, mübarizə əzmi nümayiş etdirənləri hədəf seçməyə başladı. Yəqin ki, AXCP sədri Əli Kərimlinin evinin qarşısındakı iytrənc şoular da hamının yadındadı. Hökumət açıq şəkildə deyirdi ki, ordunu döyüşə səsləmək olmaz, məğlubiyyət atəşkəsini davam etdirmək lazımdı.
Təbii ki, zəfər yürüşündə olan ordunun dayandırılması cəmiyyətdə də ciddi narazılıq yaratdı. Ona görə də hökumət ortaya yeni bir arqument atdı. Belə bir təbliğat aparıldı ki, sülh danışıqları məntiqi sonluğuna yaxınlaşır və buna görə də müharibənin davam etdirilməsinə ehtiyac yoxdu. Xatırladaq ki, həmin dövrdə xeyli sayda səlahiyyətli adamlar “bir həftəyə torpaqları geri ala bilərdik” etirafını da etdilər. Yəni, etiraf edildi ki, apreldə qələbə qaçılmaz idi və hökumət ordunu qələbədən məhrum etdi. Ardınca ölkə başçısı bildirdi ki, müharibə Ermənistan tərəfinin xahişi ilə dayandırılıb. Bəli, 23 illik danışıqlar prosesində 1 qarış torpağı geri qaytarmayan Ermənistanın xahişi ilə halal haqqımızdan imtina etdik.
Bunların ardınca Vyana görüşü baş tutdu, daha sonra Sankt Peterburqda prezidentlərin görüşü oldu və cəmiyyətə belə mesaj verildi ki, mərhələli həll planında razılaşma əldə olunub. Beləliklə, rəsm itəbliğat ilkin mərhələdə 5 rayonunun qaytarılacağı haqqında nağıllar uydurmağa başladı. Amma Ermənistan tərəfi də. Rusiya tərəfi də bunu inkar etdi. Rusiya prezidenti Valdimir Putin Bakı səfəri zamanı bildirdi ki, Qarabağ savaşında qalib tərəf olmamalıdır. Ən son olaraq isə Xarici işlər naziri Elmar Məmmədyarov “Qarabağ danışıqları davam edir, nəticə olanda cəmiyyətə açıqlama verəcəyik” bəyanatı verdi.
Göründüyü kimi aprel döyüşlərindən sonra xalqa sıramağa çalışdıqları “sülh danışıqları məntiqi sonluğuna çatıb”, “5 rayon qaytarılır” təbliğatı iflasa uğradı.
Və nəhayət bir neçə gün öncə ölkə başçısı Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizi Qarabağın müstəqiliyini tanımağa məcbur edirlər.
Əvvəla, İlham Əliyev etiraf edir ki, 23 illik danışıqlar imitasiya imiş, diplomatiya zərrə qədər uğur əldə etməyib və saysız-hesabsız görüşlər Qarabağın unudulmasına xidmət edirmiş.
İkincisi, İlham Əliyev Azərbaycanı hansı qüvvələrin məcbur etdiyini konkret söyləmir. Amma heç kimə sirr deyil ki, bu məsələdə əsas rolu Rusiya oynayır və Azərbaycanı də Rusiya məcbur edə bilər. Çünki, Ermənistanın birmənalı himayədarı Rusiyadır. Son zamanlar Ermənistana “İsgəndər” raketlərinin hədiyyə edilməsi də bunun daha bir sübutudur. Amma həmişəki kimi hökumətimiz Rusiya amilinin üstündən rahatlıqla keçə bilir. Az qala hökumət komandasının yarısı Rusiyadan “dostluq” medalı alıb. Hökumətimiz Qarabağa görə bu “dostluq”dan vaz keçəsi deyil.
Lap tutaq ki, Azərbaycanı məcbur edən ABŞ-dır, Avropadır və.s Bəs, 23 illik “uğurlu siyasət” təbliğatı hara buxarlandı. Bəs, bu hökumətin 23 illik danışıqları nəyə hesablanıbmış? Aprel döyüşlərini hansı razılaşmaya, hansı müsbət məqamlara görə dayandırıldı? Bir halda ki, düşmənin zərrə qədər torpaq qaytarmaq fikri yoxdur, bir halda ki, bizdən Qarabağın müstəqiliyini tanımaq tələb edilir, o zaman müzəffər ordunu dayandırmaq xəyanət deyilmi? Prezidentlər arasında 50-dən artıq görüş hansı məqsədlə keçirilib?
Aydın görünür ki, hökumətin atəşkəsə sədaqəti yalnız düşmənin xeyirinə işləyib. O da aydın görünür ki, bu illər ərzində Azərbyacna xalqı ən yüksək səviyyədə aldadılıb. Bir tərəfdən “danışıqlara müsbət sonluğa yaxınlaşıb” bəyanatı verilir, o biri tərəfdən “bizi Qarabağın müstəqiliyini tanımağa məcbur edirlər” etirafı edilir.
Bəli, Rusiyanın qarşısında təzim etməyin, Ermənistanın xahişi ilə döyüşü dayandırmağın Azərbaycana heç bir xeyiri olmayıb. Bütün bunlar şəxsi maraqların təmin olunması naminə edilib. Və bu qədər uğursuluq bolluğunda hökumətimiz yenə də danışıqları davam etdirir.
Ona görə də Azərbyacna xalqı əmin olmalıdır ki, bu hökumətin dövründə Qarabağ əsirlikdə qalmağa məhkumdur. Hökumət Azərbyacanın ərzibütövlüyünü tanıyanlarla düşmənçilik, ərazibütövlüyünü işğal edənlərin himayədarları ilə dostluq edir.
Bir sözlə, təkcə iqtisadi inkişafla bağlı danışdıqları deyil, Qarabağla bağlı təbliğatları da nağıl imiş. 23 il öna görə danışıq apardılar ki, nəticədə Azərbaycandan Qarabağın müstəqiliyi tələb olunsun. Dişsiz, qətiyyətsiz, qorxaq, qeyri-müstəqil, anti-milli siyasətin nəticəsi belə də olmalıydı.
Akif