Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Cavid Əli oğlu Əliyev yaşadığı evdə əllərini kəsərək intihara cəhd edib. Dərhal xəstəxanaya çatdırılan C. Əliyev xilas edilib.
Faktla bağlı araşdırma aparılır.