Türkiyə donanması Rusiya donanmasından təxminən 5 dəfə güclüdür. Belə bir bəyanatla Rusiya Dövlət Dumasının deputatı, admiral Vladimir Komoyedov çıxış edib. Rusiya mətbuatı diqqəti bu bəyanata cəlb edərək ölkə rəhbərliyinin hərbi-dəniz qüvvələrinin modernləşdirməsi məsələsi üzərində düşünməli olduğunu yazır.
Admiral həmçinin qeyd edib ki, Qara və Baltik dənizlərində NATO ölkələrinin dəniz qüvvələrinin Rusiyada 20 dəfə güclü olduğunu deyib.
Rusiya donanmasının problemləri barədə deputat “Svobodnaya pressa” portalında konfrans zamanı danışıb. “Təkcə Türkiyə donanması birgə Rusiya və Ukrayna donanmasından 4,7 dəfə çoxdur. NATO-nun Avropadakı hərbi-dəniz qüvvələri isə bizdən 20 dəfə güclüdür”, – deyə o qeyd edib.
Komoyedov Qara bə Baltik dənizlərin hərəsində bir sualtı qayığın, Baltik dənizdə Almaniyanın 24, Danimarkanın 6, İsveçin 4, Polşanın 2 sualtı qayığının olduğunu deyib. Bu da çox böyük üstünlükdür.
Komoyedovu sözlərini F Qara dəniz hərbi donanmasının keçmiş komandanı, hazırda Müdafiə Nazirliyi baş qərərgah rəisinin müşaviri İqor Kasatonov da şərh edib.
Onun sözlərinə görə, Rusiyaya məxsus donanmanın fəaliyyəti yalnız ərazi sularında sərhədlərin qorunması və antiterror fəaliyyəti ilə məhdudlaşır. NATO ilə fərqi aradan qaldırmaq üçün azı 10-15 il donanma ilə məşğul olmaq lazımdır.
Admiralın fikrincə, belə sutiasiyanın yaranmasında rəhbərlikdə təmsil olunan bəzi şəxslər günahkardır. Məlum olan odur ki, hazırda donanma üzərinə dqşən öhdəliyi yerinə yetirmək gücündə deyil.
azadlıq.info