İspaniya La Liqasında 12-ci turu çərçivəsində bütün dünyada maraqla gözlənilən “El-Klassiko” baş tutdu. Madrid “Real”ı əzəli rəqibi “Barselona”nı qəbul edirdi. Qarşılaşma Kataloniya klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Real” (Madrid) – “Barselona” – 0:4
Qollar: Luis Suares, 11 (0:1), Neymar, 39 (0:2), İnyesta, 53 (0:3), Luis Suares, 74 (0:4)
Qırmızı vərəqə: İsko, 85 (“Real”)
Bu qələbə ilə xalını 30-a yüksəldən “Barselona” ilk pillədəki mövqeyini qoruyub. “Real” 24 xalla ikincidir.