Yüksək vəzifəli şəxslərin məxfi müzakirəsi dinlənilirmiş; dövlət sirri faş oldu
İnternetdə Türkiyə dövlətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilən gizli toplantının səs yazısı yayılıb. Suriya mövzusuna həsr olunan toplantıda xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Yaşar Gülər iştirak edir.
Söhbətdə Türkiyənin Suriyaya hərbi müdaxilə edə bilmək imkanları müzakirə olunur. Davudoğlu baş nazir Ərdoğanın Suriyada olan və Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə qarşı hədələrdən Suriyaya hərbi müdaxilə üçün səbəb kimi istifadə olunmasını təklif etdiyini deyir: “Baş nazir türbə məsələsi bir imkan kimi dəyərləndirilməlidir dedi”.
(Süleyman Şah Osmanlı İmperiyasının qurucusu Osman bəyin babası olub. 1921-ci ildə Türkiyə ilə Fransa arasında imzalanan müqaviləyə əsasən Süleyman Şahın məzarının olduğu yer Türkiyə ərazisi sayılır və Türkiyə tərəfindən mühafizə olunur).
H. Fidan isə “lazım olsa, Suriyaya dörd adam göndərərəm. Oradan Türkiyəyə 8 raket atdırıb, müharibə səbəbi yaradaram, Süleyman Şah Türbəsinə hücum təşkil edərəm”, – deyə bildirir. Ə. Davudoğlu Suriyaya 2012-ci ildə müdaxilə etmədikləri üçün peşmanlığını ifadə edir. H. Fidan Suriyaya 2 minə yaxın TIR-la zəruri ləvazimat (silah) göndərdiklərini söyləyir. General Y. Gülər isə Suriyada silahdan çox, döyüş sursatına ehtiyac duyulduğunu diqqətə çatdırır və Suriyaya bir general göndərdiklərini açıqlayır.
Səs yazısı video halına salınaraq, “YouTube” portalına yerləşdirilib. Buna görə də Türkiyə hökuməti dərhal “YouTube”i bağlayıb. Qərar Türkiyədə 3G internet xidməti göstərən mobil operatorlara və TTNET, Superonline kimi provayderlərə “təcili” qrifi ilə çatdırılıb.
Qadağa məhkəmə qərarı olmadan, inzibati tədbir kimi seçilib.
Türkiyənin Teleradio Şurası (RTÜK) isə sözügedən səs yazısının yayılmasını qadağan edən qərar verib.
Bundan sonra səs yazısının üzərində hazırlanan video “YouTube”dan əsas etibari ilə silinib.
***
Məsələyə Türkiyənin baş naziri Rəcəb Tayyip Әrdoğan yubnmadan münasibət bildirib. Әrdoğan Diyarbəkirdə keçirdiyi mitinqi bu mövzu ilə başlayaraq, dövlət əhəmiyyətli müzakirəni lentə alıb yaymağı “namussuzluq” adlandırıb.
“Baxın, Xarici İşlər Nazirliyində milli təhlükəsizliyimizlə bağlı bir müzakirə aparılır. Və bu müzakirəni belə Youtube yerləşdirirlər. Bu əxlaqsızlıqdır, əskiklikdir, namussuzluqdur. Bunların axırına çıxacağıq. Daha nə olacaq? Bu qədər önəmli müzakirəni lentə alıb kimə servis yapırsan?” deyə Әrdoğan bildirib.
***
Baş verənlərə Türkiyənin Xarici İşlər Nazirliyi də rəsmi açıqlama verib. Açıqlamada deyilir ki, yayılan səs yazısında müzakirənin bəzi bölümləri təhrif edilib. Ölkənin ərazisi sayılan Süleyman Şah Türbəsini mümkün terror hücumundan qorumaq məqsədilə aidiyyatı qurumlar arasında dəyərləndirmə aparılması təbii tədbirdir. Bu müzakirəni ictimailəşdirənlər dövlətin və millətin təhlükəsizliyinə zərəb vurublar və müəyyənləşdirilərək cəzalandırılacaqlar.
Açıqlamanın orijinalı:
“Genel olarak Suriye’deki çatışmaların ülkemiz için yarattığı risk ve tehditlerin değerlendirilmesi, bu tehditler karşısında alınabilecek tedbirlerin görüşülmesi, bu bağlamda da, Suriye içinde yer alan vatan toprağı Süleyman Şah Saygı Karakolu’na yönelik tehditlerin ele alınması amacıyla, ulusal güvenliğimizle ilgili konularda birinci derecede yetkili olan devlet görevlilerimizin katılımıyla gerçekleştirilen bir kriz yönetimi toplantısının ses kayıtlarının, bugün (27 Mart) internet üzerinden sosyal medya aracılığıyla bazı bölümleri tahrif edilerek yayınlandığı görülmüştür.
Bir takım terör unsurlarının tehdidi altındaki bir vatan toprağını gerektiğinde savunmak amacıyla ilgili kurumlar arasında değerlendirmeler yapılması devletin asli görevleri arasında olan doğal bir uygulamadır. Sözkonusu toplantıda, Türkiye’nin, herhangi bir saldırı karşısında Süleyman Şah Saygı Karakolu’nu savunma yönündeki iradesinin tam olduğu ve Süleyman Şah Saygı Karakolu’nun ve orada görevli personelimizin korunmasını ve emniyetini teminen, ihtiyaç duyulduğunda gereken adımların kararlılıkla atılacağı teyit edilmiştir.
Dışişleri Bakanı makamı gibi devletin en hassas güvenlik konularının ele alındığı bir mekanda gerçekleştirilen çok gizli mahiyetteki böyle bir toplantının izlenerek görüşmelerin kamuoyuna servis edilmesi Türkiye’nin ulusal güvenliğine yönelik alçakça bir saldırı, bir casusluk faaliyeti ve son derece ağır bir suçtur. Bu olay, ülkemizin karşı karşıya bulunduğu siber ve elektronik saldırı tehditlerinin boyutunu gözler önüne sermektedir. Bunu yapan ihanet şebekeleri devletimizin ve milletimizin düşmanlarıdır.
Devletimizin ve milletimizin güvenliğine yönelik bu saldırının faillerinin en kısa zamanda tespit edilerek ortaya çıkartılmaları ve adalete teslim edilerek yasalar çerçevesinde hak ettikleri en ağır cezaya çarptırılmaları sağlanacak; Türkiye Cumhuriyetini hedef alan bu haince saldırı mutlaka akamete uğratılacaktır.”