«ASALA» – erməni terroru haradan və necə idarə olunurdu?
Tiranların əsir aldığı Azərbaycan dövləti və azərbaycanlı türklər
Ensiklopediyanı Heydər Əliyev şəxsən nəzərdən keçirdikdən sonra onun əmrlərinə uyğun olaraq yayımlanmışdı. Ağrılı olan budur ki, yüz ilə yaxındır Azərbaycan türklərinə və Türkiyə türklərinə qarşı kütləvi qətliamlar törədən, tarix boyunca Azərbaycanın əlindəki türk torpaqlarını hissə-hissə işğal edərək genişlənən, yaxın keçmişdə də Azərbaycan ərazisinin 20 faizini işğal edən və 1 milyon 200 min türkü öz ölkəsində qaçqın halına salan ermənilərdir. Bu erməni məddahlığını və iftiralarını hələ də rəsmi yayım orqanlarında qoruyan da Azərbaycan dövləti, daha dəqiqi, indiki Azərbaycan rəhbərliyidir. Türkiyənin rəsmi qurumları, dövlət rəsmiləri və Xarici Işlər Nazirliyinin təmsilçiləri niyə demirlər: “Bu necə qardaşlıqdır? Bu necə bir millət iki dövlət anlayışıdır? Ensiklopediyadakı bu yalan və uydurma dolu hissəni yığışdırın!”
Erməni terrorunun qurbanları
Yuxarıda adıçəkilən erməni terror təşkilatları, Gürcüstanda Camal Paşa ilə köməkçisini, Almaniyada Tələt Paşanı, Istanbulda Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş nazirlərindən biri Nəsib bəy Yusifbəylini, eləcə də Türkiyə və Qafqazda bir çox dövlət adamını qətlə yetirdilər. 1975-ci ildən etibarən ABŞ-dakı konsulumuz, dünyanın bir çox ölkələrindəki xarici təmsilçiliklərimizdə çalışan diplomat və məmurlarımız terror nəticəsində şəhid olub. Bu terror təşkilatlarından ən təhlükəlisi xarici ölkələrdə çalışan təmsilçilərimizin 53-nü şəhid edən və bir çox nümayəndəliyimizi təqib edən “ASALA” terror təşkilatıdır. 1975-ci ildə qurulan bu qanlı terror təşkilatı Sovet Ittifaqı daxilində “KQB”-nin (DTK) ən güclü fəaliyyət göstərdiyi Bakıdan idarə edilirdi. PKK terror təşkilatı ilə birlikdə çalışırdılar. Bu əməkdaşlıq 1984-cü ildə Livanda keçirdikləri ortaq mətbuat konfransında ortaya çıxdı.
Çar Rusiyası dönəmindən başlanan Türk düşmənçiliyi
Knyazların idarə etdiyi Rusiya tarix boyu Türklərin düşməni olmuşdur. Ruslar müxtəlif Türk yurdlarını işğal etmiş və bir çox Türk millətini assimilyasiyaya məruz qoymuşdur. Rus Çarlığı və kommunist imperatorluğu davamlı olaraq Türklərin əleyhinə yönəlmiş və genişlənmişdir. Bu işğala qarşı yalnız Osmanlı dövləti və onun varisi Türkiyə Cümhuriyyəti dövlət olaraq varlığını qoruya bilmişdir. Kommunist Rusiyası Osmanlıdan sonra da Türkiyə üzərindəki əməllərindən əl çəkməmişdir. Türkiyədən kənardakı türk toplumlarının qurmuş olduğu dövlətləri, xanlıqları, bəylikləri daim hakimiyyəti altında saxlayaraq onlara qarşı müxtəlif təzyiq və məhvetmə siyasəti yürütmüşdür. Xüsusən də, kommunizm dönəmində Qafqazda, Qara dənizin şimalında, Idil-Ural bölgəsində, Sibir və Orta Asiyada yaşayan türklərin millətçi düşüncələrini, müstəqillik istəklərini və dini inanclarını basdırmaq üçün yaşadıqları yerlərdən ayırmış, sürgün etmiş, bir-birilərindən qoparmışdır, liderlərini və ziyalılarını qətlə yetirmiş, saylarının artmasının qarşısını almışdır. Yerdə qalanların arasına da başqa millətdən və dini inancdan olan xalqları yerləşdirmişdir. Bunların uydurma dövlətlər halında öz hakimiyyətləri altında yaşamalarına minnətlə izn vermişdir. Bu məcburi sürgündən ancaq Krım türklərinin çox az bir hissəsi ilə çeçenlər yurdlarına dönə bilmişdilər. Axıska türkləri isə dilini, dinini, mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamalarına baxmayaraq, hələ də öz yurdlarına qayıda bilməyiblər.
Stalin Türkləri kimlərlə əvəzlədi?
Stalin Türk əsilli xalqlardan milyonlarla insanı vətənlərindən ayırmış, siyasi liderlərini və ziyalılarını qətlə yetirmiş, bunların yerinə erməniləri, gürcüləri və qeyri-türk millətindən olanları yerləşdirmişdir. Stalin bir-birilə anlaşması mümkün olmayan iki ayrı milləti bir muxtar dövlət daxilində yaşamağa məcbur etmişdir. Bu iki toplumun davamlı olaraq anlaşılmazlıq halında qalması, bir-birilərilə didişməsi üçün zəmin hazırlamış və beləliklə də, Moskvanın rahatlığını təmin etmişdir. Moskva hakimiyyəti bu siyasətlər nəticəsində mövcud anlaşılmazlığın artmasıyla həmin bölgəni işğal etmiş, yenidən hakimiyyəti altına almışdır. Bu vəziyyəti əslində, bir bölgədə problem yaradıb “böyük qardaş” olaraq həmin problemi həll edəcək “adam” roluna girmək kimi dəyərləndirmək olar. Sovet Ittifaqının dağılması zamanında dünyanın istiqlalçı və qəhrəman elan etdiyi, hətta böyük təntənə ilə qarşılanan saxta istiqlalçı və əli türk qanına batmış Qorbaçov da Stalin doktrinasını tətbiq etmişdir. Qorbaçov Qafqazda birgə yaşayan ermənilərlə azərbaycanlı türklərin arasına müxtəlif çaxnaşmalar-fitnələr salmış, iki xalq arasındakı mövcud anlaşmazlıqları davamlı şəkildə qızışdırmışdır. Baş verən olayları yatırmaq bəhanəsilə də Azərbaycan və Ermənistana yenidən əl uzatmağa çalışmışdır.
Millətçi iqtidarı kimlər devirdi?
Bütün təqib və təzyiqlərə baxmayaraq, Azərbaycandakı vətənsevərlər uzun illər gizlicə təşkilatlanmışdılar. Azadlıq hərəkatının başladılması da məhz bu gizli fəaliyyətin nəticəsində ortaya çıxmışdır. Azərbaycandakı vətənsevərlər Rusiyameylli Ayaz Mütəllibova baxmayaraq, Bakıdakı Azadlıq meydanında aylarla mübarizə aparmışdılar. Yüzlərlə şəhid verərək müstəqilliyə qovuşmuşdular. 1992-ci il iyunun 7-də Azərbaycanda Qafqaz və Orta Asiyada müstəqilliyinə qovuşan dövlətlər içində ilk dəfə tam demokratik üsullarla seçkilər keçirilmişdir. Seçkilərdə azadlıq hərəkatının lideri, tarix professoru olan Əbülfəz Elçibəy 64 faiz səslə prezident seçilmişdir. Azərbaycanın idarəçiliyi 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadədən sonra Türkiyə sevdalısı, böyük vətənsevər, millətçi bir liderin iqtidarına keçmişdir. Nə yazıq ki, millətçi və vətənsevər Elçibəyin hakimiyyəti ancaq bir il davam etmişdir. Bu bir il ərzində Elçibəy verilən qərarlar və atılan addımlarla müstəqil dövlət olmağın bütün təməl daşlarını qoymuşdur. Rusiyadakı kommunizmin davam etməsini istəyənlər, Azərbaycandakı milli dövlətin əleyhinə çalışan Rusiya və daxildəki tiranlıq sevdalıları Elçibəy iqtidarını devirmişdir.
“Azərbaycan antidemokratik bir idarəçiliyin təzyiqi və zülmü altında inləməkdədir”
Türkiyəni idarə edənlərdən bəziləri Azərbaycandakı Rusiyameylli, kommunizm sevdalısı və eyni zamanda soy-kökü qeyri-türk olanlara yardım etmişdilər. Azərbaycanda qurulmuş demokratik, dünyəvi, hüquqi dövlətin inkişafının qarşısı alınmışdır. Hazırda Azərbaycan dövləti və orada yaşayan türklər Rusiya sevdalısı və kommunizm artığı tiranların əlində əsir alınmış vəziyyətdədir. Azərbaycanda yaşayan türklər kommunizm dönəmindəkindən daha çarəsiz, antidemokratik bir idarəçiliyin təzyiqi və zülmü altında inləməkdədir…
ardı var