İndoneziyanın "Hercules C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 113 nəfər ölüb. Bunu İndoneziyanın hərbi hava qüvvələri komandanı Aqust Supriyatna bildirib. O, qeyd edib ki, qəzada sağ qalan olmayıb.
Qeyd edək ki, qəzaya uğrayan hərbi "C-130 Hercules" təyyarəsində 113 nəfər olub, onlardan 12-si heyət üzvü, qalanları isə sərnişlərdir. Artıq qəzanın görüntüləri də yayılıb. (AzVision.az)
***
İndoneziyada ölkənin Hərbi-Hava Qüvvələrinin nəqliyyat təyyarəsi Medan şəhərində qəzaya uğrayıb. Təyyarənin otelin üzərinə düşməsi nəticəsində ən azı 30 nəfərin həlak olduğu güman edilir.
Təyyarə Şimali Sumatra vilayətindəki Medan şəhərindən Bunquran adasına uçurmuş. Qəza təyyarə səmaya qalxandan bir neçə dəqiqə sonra baş verib. (Milli.az)