La Liqanın 20-ci turunun “Kordoba” – “Real” matçının 83-cü dəqiqəsində qonaq komandanın futbolçusu Kriştiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
O, əvvəlcə ayağı ilə rəqib oyunçu Edimar, sonra əli ilə Lose Kresponun üzünə zərbə endirdiyi üçün cəzalandırılıb.
İspaniya mətbuatının yazdığına görə, rəqibə qarşı kobudluğuna görə, Ronaldoya ağır cəza verilməyəcək. Çünki matçın baş hakimi Alexandro Ernandes oyunun protokulunda qeyd edib ki, “Ronaldo 83-cü dəqiqədə oyun epizodu olmayan vəziyyətdə rəqibə zərbə endirib”. Bu isə o deməkdir ki, portuqaliyalı hücumçuya cəmi bir matçlıq cəza verilə bilər. Bu halda o, yalnız “Real Sosyedad”la növbəti qarşılaşmanı buraxacaq.
Qəzet qeyd edib ki, hakim Ronaldonun aqressiv oyun sərgiləmədiyini yazmaması səbəbindən Ronaldonu uzunmüddətli oyun cəzası gözləmir. Əlavə edək ki, matçdan sonra bəzi ispaniyalı jurnalistlər Ronaldoya 12 oyunluq cəza veriləcəyini yazmışdılar.
Oyundan sonra Ronaldo “Tvitter”də Edimardan üzr istəyib.