Yuri Kolobov 17 milyon dollar büdcə vəsaitini mənimsəməkdə ittiham olunur
Ukrayna Daxili İşlər Nazirliyi ölkənin keçmiş maliyyə naziri Yuri Kolobovu, həmçinin “Ukrtelekom” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının üzvü Georgi Dzekonu axtarışa verib. Bu haqda Ukraynanın daxili işlər nazirliyinin rəsmi saytında bildirilir.
Ukrayna Baş prokurorluğu bildirib ki, ölkənin keçmiş maliyyə nazirindən 220 milyon qrivin (17 milyon dollar) büdcə vəsaitini mənimsəyib.