Bakıda tikintidə faciə yaşanıb. Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, Heydər Əliyev prospektində, “Faktor-S Group” şirkətinin inşa etdiyi binada qaldırıcı kranın qırılması nəticəsində yük fəhlələrin üstünə düşüb. Nəticədə fəhlələrdən biri Rüfət Alıyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha bir fəhlə Kamran Mustafayev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Faktor-S Group” şirkəti Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Vəli Nağıyevə məxsusdur.