Litva prokuroru Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayevin oğlunun çəzalandırılmasını istəyir. Modern az xarici KİV-ə istinadən xəbər verir ki, Dydayevin oğlu Litva pasportunu saxtalaşdırmaqda günahkar bilinir. Bu səbəbdən onun 9 ay azadlıqdan məhrum edilməsi gözlənilir. Prokuror iddia edir ki, oğul Dudayev təqsirini boynuna alıb, ancaq mütəşəkkil qrupda fəaliyyətini təkzib edir. O deyib ki, cinayəti guya Rusiyada yaşayan qohumlarına yardım etmək üçün edib. Bundan əvvəl isə Dudayev bildirib ki, Qafqazda yaşamaları üçün təhlükə olan ailəsinə Avropaya getməyə kömək etmək niyyətində olub. Litva hökuməti 2011-ci ildə Cövhər Dudayevin oğlunu bu ölkənin sərhədinin qanunsuz keçdiyinə görə saxlayıb. O zaman onun üzərində 7 saxta pasport aşkarlanıb. Oğul Dudayevə həm də satış məqsədilə narkotik maddə saxlamaqla bağlı cinayət işi açılıb.