3 aydır Kürdəxanı təcridxanasında saxlanan Murad Ədilov ötən gün nəhayət ailə üzvləri ilə görüşüb. Murad Ədilov saxlanma şəraitindən şikayətlənməyib, onu narahat edən halın sadəcə günahsız yerə həbsə atılması olduğunu deyib. O, onu və başqa siyasi məhbusları diqqətdə saxlayan hər kəsə, təşkilatlara, KİV-nə salam və təşəkkürlərini yollayıb. M.Ədilov avqustun 11-də Azərbaycan DİN Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Nərimanov məhkəməsiMurad Ədilov barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 aylıq həbs qərarı çıxarıb. Murad Ədilov və vəkillər ittihamı rədd edir. Bu həbsin Muradın siyasi mənsubiyyəti və daha çox qardaşı Natiq Ədilova (AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzeti və Azərbaycan saatı proqramının əməkdaşı) görə baş verdiyi bildirilir. Ədilov həbs ediləndə bunu onun özünə də deyiblər və “cinayətini” boynuna almaq üçün ona amansız işgəncələr verilib.