Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş Qərargah rəisi, qurumun keçmiş komandanı Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifəni bir müddət icra edən birinci dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov azadlığa çıxıb. Bu barədə “Azadlıq”a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, Yunus Məmmədov Bakı Hərbi Məhkəməsinin qərarıyla azadlığa buraxılıb. Adəm Məmmədov bu gün Şahin Sultanovla da görüşüb. Onun sözlərinə görə, Sultanovun əhval-ruhiyyəsi yaxşı olsa da, səhhətində problemlər var.