Sentyabrın 17-də Şəki Apellyasiya Məhkəməsi Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və 8 nəfər digər İsmayıllı məhbusunun şikayətinə baxıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Onun dediyinə görə, proses şahidlərin dindirilməsi ilə davam etdirilib:
«Bir neçə vəsatət təqdim etsək də təmin olunmadı. Prosesdə həmçinin disklərə baxıldı. Sosial mediadan köçürülən həmin disklərdə İsmayıllı hadisələrinin görüntüləri var idi. Növbəti prosesdə digər şahidlər dindiriləcək».
2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.
REAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.
İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.