Bu posta Abşeronun icra başçısının gətiriləcəyi bildirilir
Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vəzifəsini tərk edəcək. Bu barədə “InterAz” məlumat yayıb. Məlumatda bildirilir ki, bu posta hazırda Abşeron rayon Icra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov gətiriləcək.
Qeyd edək ki, Zakir Fərəcov 1954-cü ildə Laçın rayonunda anadan olub. 1999-cu il seçkilərindən sonra Sumqayıt şəhər bələdiyyəsinin sədri olub. 2005-ci ilin avqustundan isə Abşeron rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindədir.