Suriyanın İdlib şəhərində baş verən və dünyanı sarsıdan kimyəvi qırğınla əlaqədar siyasi müzakirələr davam edir. ABŞ-ın məlum hadisəyə göstərdiyi sərt cavabdan və Suriyanın hava hücumu bazasının vurulmasından sonra hadisənin araşdırılması məsələsi ilə bağlı çağırışlar eşidilməyə başlanıb. Artıq araşdırma üçün Laheydə Beynəlxalq Cəza məhkəməsinin qərarı əsasında Kimyəvi Silahların Qadağan olunması Təşkilatından bir qrup Türkiyəyə göndərilib.
azadliq.info