Qətər Hava yolları ABŞ-ın qoyduğu elektron cihaz yasağından təsirlənən sərnişinlərinə pulsuz dizüstü kompüter paylanacağını açıqladı.
Hava yolları şirkətindən edilən açıqlamada “ekonom-class” sərnişinlərinə önümüzdəki həftədən etibarən borc dizüstü kompüter xidməti təqdim ediləcəyi bildirildi.
Açıqlamaya görə, ABŞ-a səyahət edəcək sərnişinlər dizüstü kompüterlərini təyyarəyə minən kimi uçuş qapısından ala biləcəklər.
Qatar hava yolları qrupunun rəhbəri Akbar Al Baker “Borc laptop xidmətiylə ABŞ-a uçacaq yolçularımızın təyyarə içində işə davam edə bilmələrini təmin edə biləcəyik” deyib.
Məlum qadağandan təsirlənən Türk Hava Yollarının (THY) Baş direktoru Bilal Ekşi də 31 martdan etibarən ABŞ-a uçacaq sərnişinlərə pulsuz internet xidməti təqdim ediləcəyini açıqlamışdı.
azadliq.info