Dağıstanda polis əməkdaşı həmkarlarına atəş açıb.
Bu barədə respublika Daxili İşlər Nazirliyinin nümayəndəsi agentliyə məlumat verib.
Məlumata görə, hadisə Qızılyurd şəhərindəki kafelərdən birində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Polisdəki mənbənin verdiyi məlumatda bildirilir ki, yaralıların vəziyyəti orta ağırdır. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.