“Marja” xəbər verir ki, məzənnə axşam saatlarında 3.9415 səviyyəsinə çıxaraq yeni tarixi rekord səviyyəni görüb. Türk lirəsi (TL) təkcə bu səhər Dollar qarşısında 3.7%-dən çox ucuzlaşıb.
Siyasi qeyri-müəyyənliklər, geosiyasi risklər, Fed-in faiz artırmağa sürət verəcəyi istiqamətindəki gözləntilər, neft qiymətlərində müşahidə olunan artımın yaratdığı təzyiq, yüksələn inflyasiya, düşən turizm gəlirləri və buna bağlı olaraq artması gözlənilən cari kəsir, iflasa uğrayan iqtisadi artım və bütün bu proseslərin yanında ölkə içərisində faizlərin yüksəlməyəcəyi gözləntisi, TL üzərində təzyiq yaradan ən mühüm səbəblərdir.