Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
Bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan özünün “Twitter” səhifəsində yazıb.
Görüş dekabrın 8-i, axşam saatlarında ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilib.
Görüşdə həmsədrlər də iştirak ediblər.
Xəbəri Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev də təsdiqləyib.
“Bundan əvvəl Ermənistan tərəfi hər vəchlə 2+3 formatında görüşlərdən qaçırdı, Fransa tərəfinin Hamburq görüşündən əvvəl irəli sürdüyü bu təklifə münasibət bildirmirdi. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”, deyə o bildirib.
Hələlik görüşün detalları barədə məlumat verilmir (azadliq.org).